Azərbaycan dili

IT Outsourcing şirkət və ya qurumların yüksək keyfiyyətli xidmət əldə etməsi məqsədi daşıyan resurs sərfini önləyən fəaliyyət növüdür. Günümüzdə şirkət və qurumlar cari fəaliyyətlərini daha səmərəli icra etmək məqsədi ilə müxtəlif təyinatlı informasiya sistem və texnologiyalarına müraciət edirlər.

Şirkətlərin dəyişən və inkişaf edən informasiya texnologiyaları trendlərini yaxından izləməsi, bu sahədə fəaliyyət göstərən daxili personalın daimi təkmilləşməsini təmin etmək İKT profilli şirkətlər ilə müqayisədə olduqca çətindir.

İnformasiya texnologiyalarının  doğru istifadəsi iş və istehsal proseslərinin qəlizləşməsinin qarşısını alır. Şirkət və qurumlar İş və istehsal prosesini ləngidən əngəllərin qarşısının alınması, cari İT infrastrukturunundan səmərəli istifadənin təmin edilməsi və mövcud riskləri minimuma endirilməsi məqsədi ilə informasiya texnologiyaları sahəsində ixtisas profilinə sahib şirkətlərə müraciət edirlər. İT Outsourcing zaman, maliyyə və insan resursu qaynaqlarının maksimum səmərəli istifadəsi üçün müraciət edilən xidmət növüdür.

İT Outsourcing şirkət və qurumlara xidməti personal sayını artırmadan iş prosesinə ixtisaslı mütəxəssisləri cəlb etməyə, layihələrin icrasında zaman və maliyyə ehtiyatlarına qənayət edərək, riskləri bölüşdürərək minimuma endirmək imkanı yaradır. 

«NOVA» olaraq məqsədimiz şirkətinizin biznes strategiyasına uyğun, ən son texniki standartların tələblərinə cavab verən İT Outsourcing xidməti göstərməkdir.

İT Outsourcing xidmətindən istifadə etməklə biznesiniz üçün aşağıdakı üstünlükləri əldə edəcəksiniz:

Yüklənir